Bakı-Sumqayıt şosesində yol qəzası baş verib. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Hadisə şosenin Binəqədi rayonu ərazisində qeydə alınıb. “Prius” markalı nəqliyyat vasitəsi yüksək sürətlə hərəkət edən zaman eyni istiqamətdə gedən “Mitsubishi“ markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə sonuncu dəmir arakəsməyə çarpılıb. 2 nəfər ağır xəsarət alıb. Şosedə sıxlıq yaranıb.

Faktla bağlı araşdırmalar davam edir.

Bakı-Sumqayıt yolunda 2 avtomobil toqquşub
Foto Apa.az saytı