Paytaxtın Binəqədi rayonu, eyniadlı qəsəbədə oğru tutulub. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bakı şəhər sakini Arif Abbasov adıçəkilən qəsəbədə dayanan “Mercedes” və “Hyundai” markalı avtomobillərdən yan güzgü, pul, içərisində sənədlər və bank kartları olan çanta oğurlamaqda şübhəli bilinir.

Onun barəsində araşdırma aparılır.