Bakının mərkəzində LGBT bayrağı asılıb. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Xaqani küçəsi, 45A ünvanında, “Landmark”ın qarşısında cinsi azlıqların bayrağı dalğalanır. Bayraq 17 may – Tarixi Homofobiya və Transfobiya ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Britaniya səfirliyi tərəfindən asılıb.
LGBT bayrağı – Lezbiyan, Gey, Biseksual və Transgenderlərin rəmzi sayılır.
