Bakının Aeroport yolu kimi tanınan magistral yolunda gecə saatlarında ağır yol qəzası baş verib. Bu haqda bu gün, 17 may tarixində Qafqazinfo məlumat verib.

Sürətlə hərəkət edən avtomobilin qarşısına qəfil şəkildə it çıxıb. Heyvanı vurmaq istəməyən sürücü idarəetməni itirərək yolun ortasına çıxıb, daha sonra sol kənardakı metal arakəsməyə çarpılıb.