Mayın 8-nə keçən gecə Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərin birindən 30.000 manat pul oğurlanıb. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İstək Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.