Satış məqsədi olmadan narkotik vasitə saxlamaqda təqsirləndirilən Tural Əzizova hökm oxunub. Bu haqda bu gün, 17 may tarixində APA məlumat verib.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyev tərəfindən baxılıb.

Hökmə əsasən, Tural Əzizovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib.