Paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev, 81A ünvanında çirkab su sakinləri narahat edir. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən xəbər verir.

Adıçəkilən ünvanda yerləşən 10 nömrəli yataqxananın zirzəmisinə çirkab su dolub. Bu da sakinlərin yaşayışına ciddi problemlər yaradır. Divar və döşəmələr nəm olur, qoxu və ağcaqanadlardan dayanmaq mümkün deyil.

“Kanalizasiya xətləri deşilib, su binanın altına axır. Evləri artıq təmir etmək də mümkün deyil. Evin içində siçovullar gəzir. Kimə müraciət etmişiksə, heç kim köməklik etmir. Son 7-8 ildə heç binanı tanıyan belə yoxdur”, – deyə sakinlər şikayət edirlər.

Nizami rayon İcra Hakimiyyəti problemin Sukanal İdarəsinə aid olduğunu bildirib. Sukanal İdarəsi isə öz növbəsində məsələni araşdıracağını vurğulayıb.