Bakının Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yol qəzası baş verib. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az məlumat verir.

“Hyundai” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində ərazidə tıxac yaranıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar.

Qəza zamanı xəsarət alan olmayıb.