Bakının Nərimanov rayonundakı parkın suvarılması üçün 4 subartezian quyusu qazılıb. Bu haqda bu gün, 17 may tarixində Report məlumat verib.
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyevin sözlərinə görə, 7 hektarlıq parkın suvarılması zamanı içməli sudan artıq suvarma üçün istifadə olunmur, suvarma üçün 4 subartezian quyusu qazılıb.
Park ərazisində daha 3 quyunun qazılması planlaşdırılır.