Paytaxtın Yasamal rayonunda zəncirvari qəza baş verib. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Şərifzadə küçəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil geriyə dönərkən kəsişmədə olan “Tofaş” markalı maşın onunla toqquşub. Daha sonra “Tofaş” yol kənarında dayanan “Range Rover” və “Toyota”ya çarpılıb. “Mercedes” isə yol kənarında dayanan “Volkswagen” markalı minik avtomobilinə dəyib.
Nəticədə “Tofaş”ın sürücüsü xəsarət alıb. 5 avtomobilə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
