Yeniyetmə cüdoçunu öldürən şəxsin məhkəməsi davam edir. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Şağan Olimpiya İdman Kompleksində gənc cüdoçu Turan Rüstəmovu öldürməkdə ittiham olunan Ruslan Səfixanovun məhkəməsinin növbəti iclası keçirilib.
Təqsirkar hadisənin söyüş üstündə olduğunu bildirib:
“Yarışa baxmaq üçün özümə yer axtarırdım. Bir də gördüm ki, Turan ayağını oturmaq istədiyim oturacağın üstünə qoyub. Ona nəzakətlə dedim ki, ayağını götürsün. Turan isə əvəzində məni təhqir etdi. Buna görə onun sifətinə şillə vurdum. Daha sonra o, mənə təpik vurdu və beləcə əlbəyaxa olduq. Yarışdan qabaq isə az miqdarda spirtli içki qəbul etmişdim. Dava edən zaman bıçaq cibimdən yerə düşdü. Bıçağı da məhz kolbasa doğramaq üçün istifadə etmək üçün almışdım. Turan mənim valideynlərimi söydü. Məndə bıçaqla onu vurdum. Hadisədən dərhal sonra polislərə özüm təslim oldum. Törətdiyim əməldən peşmanam”, – deyə o bildirib.
Məhkəmənin növbəti iclası 23 may tarixinə təyin olunub.
Hadisə ötən ilin 26 noyabr tarixində baş verib. 21 yaşlı R.Səfixanov idman kompleksində 17 yaşlı T.Rüstəmovu bıçaqlayaraq öldürüb.