Paytaxtın Xəzər rayonunda anbarlar yanıb. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 3000 kv.m olan 2 anbarın plastik pəncərələri, eləcə də dam örtüyü 1 kv.m sahədə alışıb. Nəticədə transformator yağı və sarğıları yanıb. Anbarların digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.