Bakının Xətai rayonu, 8 Noyabr prospektinin əsas yolunda bir həftəyə yaxındır təmir işləri aparılır. Bu haqda bu gün, 18 may tarixində Bizim.Media məlumat verib.

Tikinti işləri tıxaclara səbəb olur, bu durum sürücülərin ciddi narahatlığına səbəb olub. İradını bildirən sürücülər hesab edirlər ki, işlərin gecə və sıxlıq olmayan vaxtlarda aparılması daha məqsədəuyğundur.

“Azərsu” ASC-nin rəsmisi Anar Cəbrayıllının sözlərinə görə, təmir briqadaları gecə saatlarında da çalışır: “Artıq gecə işi bitirmişik və əks dolğu etmişik. İşləri isə Azərbaycan Avtomobil Yolları Agentliyinə təhvil vermişik. Onlar həmin ərazinin asfaltlanması işlərini həyata keçirirlər”.