Maştağa qəsəbəsində faciəvi şəkildə ölən uşaqlar 10 yaşlı Ağa Rəhimov və 10 yaşlı Hüseyn Qasımovdur. Uşaqlar dost olublar. Onlar həmin ərazidə oynayaraq ehtiyatsızlıqdan quyuya yıxılıblar.

09:18 – Bakıda iki azyaşlı uşaq faciəvi şəkildə vəfat edib

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində iki azyaşlı quyuya düşərək ölüb. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Hadisə yerinə cəlb olunan xilasedicilər şəraiti qiymətləndirərkən müəyyən ediblər ki, iki 10 yaşlı uşaq dərinliyi təxminən 45-50 metr, diametri 2,5 metr olan su, mazut və məişət tullantıları ilə dolu quyuya düşüb.

Xilasedicilərin keçirdikləri tədbirlər nəticəsində uşaqların cəsədləri çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Faktın təfərrüatları araşdırılır.