Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 18 may tarixində Bakı Vaxtı video yayıb.
Videogörüntülərdə “Toyota Prius” markalı minik avtomobili əzilmiş vəziyyətdə kolluqda ilişərək qalıb. İlkin məlumata görə, avtomobilin sürücüsü idarəetməni itirərək yolun kənarına aşıb.