Bakının Yasamal rayonunda ötən gün keçirilən yoxlamalar zamanı mağaza satıcıları cərimələniblər. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Rayon ərazisində 3 mağazada satıcıların azyaşlılara tütün məmulatları satması aşkar edilib.

Həmin şəxslər barədə “Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə” inzibati tənbeh tədbiri tətbiq olunub. Yoxlamalar davam edir.