Türkiyənin dünyaca məşhur tarixçisi İlbər Ortaylı Bakıda görüş keçirəcək. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Libraff-a istinadən xəbər verir.
Tədbirdə yazıçının “İnsan gələcəyini necə qurmalıdır?” kitabının təqdimatı və imza günü keçiriləcək. Həmçinin ˝Türklərin qızıl dövrü˝ kitabını da tədbir günü mağazadan əldə etmək mümkün olacaq.
İştirakçıların çoxluğunu və vaxt məhdudiyyətini nəzərə alaraq, tədbirdə hər kəs yalnız 1 kitab imzalada biləcək.
Görüş 22 may saat 12:00-da “Libraff”ın Park Akademiya filialında baş tutacaq. Ünvan: Hüseyn Cavid prospekti, 100, “Elmlər Akademiyası” m/s-nın əsas girişi ilə üzbəüz yeni tikilinin altı. İştirak sərbəstdir.