Dövlət Akademik Filarmoniyasında gənclər üçün konsert keçiriləcək. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az İTicket.az-a istinadən xəbər verir.

Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək. Bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayev, solist isə Cəlal Səmədov olacaqlar. Tədbir Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Gənclərə dəstək” layihəsi çərçivəsində baş tutacaq.

Konsert 30 may saat 19:00-da başlayacaq. Biletləri İTicket.az saytından almaq mümkündür. Qiymətlər 4-20 AZN arası dəyişir.