Paytaxtın Sabunçu rayonunda yerləşən Bakı İstintaq Təcridxanasına narkotik keçirmək cəhdi olub. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Həbsdə olan Nicat Əkbərovun yanına qardaşı, Lənkəran rayon sakini Qüdrət Əkbərov gəlib. Onun gətirdiyi sovqata baxış keçirilən zaman orada olan cins şalvarın cibində gizlədilmiş 1 ədəd sellofan bükülüdə 0,091 qram tiryək aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.