Bakıda yerli yazarın kitabının təqdimatı olacaq. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Libraff-a istinadən xəbər verir.

Kənan Rza Afətin müəllifi olduğu “Balaca Şahzadə Kaya” kitabının təqdimat və imza günü keçiriləcək.

Tədbir 21 may saat 15:00-da “Libraff”ın “Park Akademiya” filialında təşkil olunacaq. Ünvan: Hüseyn Cavid pr., 100, “Elmlər Akademiyası” m/s-nın əsas girişi ilə üzbəüz. İştirak sərbəstdir.