“Məşədi Dadaş” məscidinə yeni təyinat olub. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Paytaxtın Nəsimi rayonunda yerləşən məscidə yeni qadın dini ayinlərin icraçısı təyin olunub. Bu vəzifəyə Elnarə Orucova təyinat alıb. Bu haqda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri əmr imzalayıb.
E.Orucova Bakı İslam Universitetində bakalavr təhsili alıb, O, Azərbaycan İlahiyyat İnstitutunun magistratura pilləsini bitirib. Din sosiologiyası üzrə təhsil alan E.Orucovanın magistr işi “Din və modernizasiya münasibətləri: sosioloji təhlil” mövzusunda olub.