Türkiyənin məşhur müğənnisinin konserti ləğv olunub. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az xəbər verir.
Türk sənət musiqisinin “İmperator”u İbrahim Tatlısesin Bakı konserti təxirə salınıb. O, 20 may tarixində Bakı səhnəsinə çıxmalı idi. Konsert 21 oktyabr tarixinə ertələnib.
Tədbir “Baku Crystal Hall”da baş tutacaq.