Paytaxtın Nərimanov rayonunda avtomobil qəza törədib. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az xəbər verir.

“Peugeot” markalı nəqliyyat vasitəsi rayonun Həsən Əliyev küçəsində yerləşən tuneldə hərəkətdə olan zaman idarəetmədən çıxıb və tunelin divarına çarpılıb. Nəticədə ərazidə sıxlıq yaranıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Təfərrüatlar araşdırılır.

Nərimanov rayonunda avtomobil qəza törədib
Foto Bakuplus.az