Paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində məsuliyyətsiz insanlar özlərini təhlükəyə atırlar. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az xəbər verir.

Belə ki, metropolitenin “İnşaatçılar” stansiyası yaxınlığında vətəndaşlar avtomobil yolunu birbaşa keçirlər. Bəzən onlar uşaq arabası ilə birlikdə avtomobil yoluna çıxır və təhlükə yaradırlar. Halbuki ərazidə yeraltı keçid var və onlar rahat şəkildə həmin keçiddən istifadə edə bilərlər.

Bundan əlavə, avtomobil sürücüləri də daim qayda pozurlar. Onlar 2-ci, bəzən 3-cü sıralarda belə maşın saxlayırlar və hərəkətə mane olurlar.

Bu kimi hallar prospektdə daimi xaos və təhlükə yaradır.