Qaradağ rayonu, Səngəçal qəsəbəsinin sakinləri ötən ilin sentyabr ayından indiyə qədər 1000-ə yaxın ağac əkiblər. Lakin onların suvarma işində çətinliklər var. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Bakı Gündəliyi Facebook səhifəsinə istinadən məlumat verir.

Vətəndaşlar qəsəbə ərazisində, yol boyu və dəniz kənarında ağacəkmə aksiyası keçiriblər. Onlar öz hesabına 700 metr (onlardan 100 metr qəsəbə nümayəndiliyi təşkil edib) plastik boru çəkiblər, su sayğacı da qoyulub. Bu xətt ağacların 80 faizini su ilə təmin edir. Dənizin qırağında əkilən ağaclar isə su maşınları ilə sulanır. Həmin xərclər qəsəbə nümayəndəliyi və sakinlər tərəfindən ödənilir.

Ağaclar, xüsusən yay aylarında həftədə 1-2 dəfə suvarılmalıdır. Bu səbəbdən insanlar rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət ediblər.

Sakinlərin sözlərinə görə, burada şərait yaradılsa, ərazidə 5000-dən çox ağac əkmək olar.

Sakinlər öz fəaliyyətləri ilə bağlı məlumatı Səngəçal yaşıllaşdırma Facebook qrupunda yayırlar.

Səngəçalda

Səngəçalda ağac əkilir
Səngəçalda ağac əkilir
Səngəçalda ağac əkilir Səngəçalda ağac əkilir