“Starlink” peyk xidmətləri Azərbaycanda nə vaxt fəaliyyətə başlayacaq? Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az xəbər verir.

Bildirilir ki, “SpaceX” şirkətinə məxsus “Starlink” peyk xidmətləri Azərbaycan ərazisində cari ilin oktyabr-dekabr aylarında fəaliyyətə başlayacaq.

İlkin məlumata görə, peyk xidmətlərindən istifadə etmək istəyənlər öncədən sifariş vermək üçün 9 ABŞ dolları, yəni 15,3 AZN ödəməli olacaqlar. Avadanlıqların qiymətləri isə hələ açıqlanmayıb.