Paytaxtın Xəzər rayonunda evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Türkan qəsəbəsində baş verib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əkbər Məsumzadə qəsəbədə yerləşən evlərin birindən 10.000 AZN dəyərində məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.