Paytaxtın Xətai rayonunda yaşayış binasında yanğın olub. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Alışma doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin mətbəxində qeydə alınıb. Nəticədə mətbəx mebeli, 1 ədəd aspirator və 1 ədəd qaz sobası yanıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.