Bakının 2 rayonunda qaz olmayacaq. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Yüksək təzyiqli magistral qaz kəmərinin dəyişdirilməsi ilə əlaqədar paytaxtın Xətai və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq. Məhdudiyyət Xətai rayonu üzrə Xocalı Prospekti, eləcə də F.Bayramov, S.Vəzirov, N.Əliyev, Senyuşkin, Müşviq, Qvardiya və Azadlıq küçələrində təxminən 8400 və Suraxanı rayonu, Qum adası yaşayış massivi üzrə 1500 abonenti əhatə edəcək.
Təchizatın dayandırılması 19 may tarixindən etibarən başlayacaq.