“YARAT”da “Beynəlxalq incəsənətdə dekolonial aktivizm” adlı mühazirə keçiriləcək. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az mərkəzə istinadən xəbər verir.
Mühazirədə müxtəlif ölkələrin sənətçilərinin öz mədəniyyətlərini “dekolonial” baxışla necə təmsil etdiklərindən bəhs ediləcək. Müstəmləkə olmuş ölkələrinin incəsənətinin müstəmləkəçilikdən hələ də təsirləndiyi, öz sənətlərində necə ifadə etdikləri və digər amillər araşdırılacaq.
Mühazirəni Azərbaycanda, Böyük Britaniyada və Avstraliyada təhsil almış Əfsanə Tahirova keçirəcək.
Tədbir 23 may saat 19:00-da “YARAT” Mərkəzində baş tutacaq. Öncədən qeydiyyatdan keçmək vacibdir. İştirak ödənişsizdir.