Paytaxtın Yasamal rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Hadisə Bakıxanov küçəsi və Tbilisi prospektinin kəsişməsində baş verib. “Mercedes” və “Toyota” markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Təfərrüatlar araşdırılır.