Mayın 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “Bir dəfə Bağdadda” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq.
Tamaşa görkəmli bəstəkar Emin Sabitoğlunun eyniadlı operettası əsasında quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov tərəfindən qoyulub. Əsər rus dilində nümayiş olunacaq.
Əsərin süjet xəttindəki hadisələr Bağdadda, xəlifə Harun ər-Rəşidin dönəmində baş versə də, indiki zamanla səsləşir.
Komediya 2018-ci ildən teatrda uğurla səhnəyə qoyulur.
Tamaşaya baxmaq istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcə də onlayn əldə edə bilərlər.