Cənubi Amerikadan ölkəmizə kokain gətirən dəstə üzvləri tutulublar. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Keçirilən əməliyyat zamanı Xalid İsgəndərov, Xəyyam Əsədov və Elman Yusifov saxlanılıblar. Onlarda 1 kiloqrama yaxın kokain və 3284 ekstazi həbi aşkar edilib.

Onlar həmin narkotikləri Cənubi Amerikadan Avropaya, oradan isə Azərbaycana gətiriblər. X.Əsədov TIR ilə narkotikləri ölkəyə keçirir, E.Yusifov onları sərhədyanı ərazilərdən götürür, X.İsgəndərov isə Bakı şəhərində satırdı.

Keçirilən digər əməliyyatlar zamanı İrandan ölkəmizə narkotik gətirdən daha 5 nəfər tutulub. Ümumilikdə 50 kiloqram heroin, marixuana, metamfetamin, eləcə də 210 ədəd həb dövriyyədən çıxarılıb.

Aşkar olunan faktlarla bağlı araşdırmalar davam edir.