Paytaxtın Nəsimi rayonunda 2 avtomobil toqquşub. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Hadisə rayonun Asif Məhərrəmov küçəsində baş verib. Belə ki, “Hyundai” markalı avtomobil Ziya Bünyadov prospektindən Asif Məhərrəmov küçəsinə daxil olan zaman eyni istiqamətdə olan “Prius” markalı maşınla toqquşub. Nəticədə “Hyundai”ın sürücüsü, 36 yaşlı Yusif İbrahimov xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Təfərrüatlar araşdırılır.

Asif Məhərrəmov küçəsində yol qəzası baş verib
Foto Apa.az saytı