Azadlıq prospektinin bir hissəsi bağlanacaq. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Aparılacaq təmir işləri ilə əlaqədar prospektin Ziya Bünyadov prospektindən Nəcəf Nərimanov küçəsinə qədər hissəsində hərəkət məhdudlaşdırılacaq. Məhdudiyyət 20 may tarixində saat 08:00 – 22:00 arası qüvvədə olacaq.