Bu gün, 19 may tarixində paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğından 8 il ötür. Bu haqda Bakuplus.az məlumat verir.
2015-ci il mayın 19-da baş vermiş yanğın hadisəsi nəticəsində dördü uşaq olmaqla 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb.
Hadisənin baş verməsinə binanın üzərinə çəkilmiş penoplast üzlüklərin alışması səbəb göstərilib.
Yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən “Qlobal Stone” və “Global Construction” MMC-nin təsisçisi Miryusif Mahmudov 3 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi ilə bağlı daha 5 nəfər müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
Yanğın nəticəsində həlak olmuş şəxslər aşağıdakılardır:
- Məhərrəmova Fərəh Elnur qızı (3 yaş);
- Bağırov Sahib Rəhim oğlu (49 yaş);
- Bağırova Firəngiz Rəhim qızı (60 yaş);
- Şirinova Zülfiyyə Yavər qızı (43 yaş);
- Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş);
- Eyvazov Davud Hamir oğlu (16 yaş);
- Eyvazova Ülkər Hamir qızı (21 yaş);
- Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq);
- Kərimova Nazilə Malik qızı (39 yaş);
- Kərimova Ayan Anar qızı (5 yaş);
- Hüseynov Ayxan Şahin oğlu (2 yaş);
- Həsənova Alla Antonovna (58 yaş);
- Utuyevsil Yuri Vladimiroviç (67 yaş);
- Boykova Lyubov Viktorovna (87 yaş);
- Yəhyayeva Elmira Əliağa qızı (68 yaş).