Paytaxtın Nərimanov rayonunda azyaşlını avtomobil vurub. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
9 yaşlı M.Hacıməmmədli avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə uşaq müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.