Sahibsiz itlərin hücumuna məruz qalan 5 və 3 yaşlı uşaqlar dişləmə yaraları ilə Kliniki Tibbi Mərkəzə daxil olublar. Bu haqda bu gün, 19 may tarixində Caliber.az Kliniki Tibbi Mərkəzə istinadən məlumat verib.
Verilən məlumata görə, uşaqlara quduzluğa qarşı peyvənd vurulub.
Beş yaşlı uşağın başında və ayaqlarında dişləmə yaraları aşkar edilib, o, neyrocərrahiyyə şöbəsinə yerləşdirilib, yaralara tikiş qoyulub.
Üç yaşlı körpədə dişləmələrlə yanaşı, yıxılma nəticəsində ağır kəllə-beyin zədəsi də aşkar edilib. Onu da neyrocərrahiyyə şöbəsinə yerləşdiriblər, yaralar müayinə olunaraq tikilib.