Bakıda lisey əməkdaşı itkin düşüb. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.

Bakı şəhər sakini, 26 yaşlı A.Aslanova 17 may tarixində paytaxtın Sabunçu rayonunda yerləşən “Kaspi” liseyindən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.

Hazırda qadının axtarışları davam edir.