Bakının Xətai rayonu, 8 Noyabr prospektində, “Ağ Şəhər” istiqamətində yeni radar cihazı quraşdırılıb. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.

Verilən məlumata görə, həmin cihaz hələ test mərhələsindədir. Radar test rejimində işləyir və hazırda heç bir cərimə qeydə almır. Bu səbəbdən məlumatlandırılıcı yol nişanı da ərazidə hələlik qoyulmayıb.

Yeni cihazın bir neçə ədədi idxal olunub və sınaq mərhələsindən sonra paytaxtın digər ərazilərində də quraşdırılacaq.