Bakı Dairəvi yolunda yük və minik avtomobilləri toqquşub. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Hadisə yolun Yasamal rayonu ərazisindən keçən hissəsində baş verib. “Hyundai” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman qarşıdan gələn “KamAZ” markalı qoşqulu yük avtomobili ilə toqquşub. Nəticədə “Hyundai”in sürücüsü Valeh Əliyev, eləcə də sərnişinlər – 56 yaşlı Svetlana Əliyeva, 45 yaşlı Pərvanə Əsgərova, 68 yaşlı Mahizər Həsənova və 6 yaşlı Leyla Həsənova xəsarət alıblar. Sürücünün vəziyyəti ağırdır.

Şosenin bir hissəsində hərəkətə məhdudiyyət qoyulub. Araşdırmalar davam edir.

Bakı Dairəvi yolunda “KamAZ” və “Hyundai” toqquşub
Foto Apa.az saytı