Bakı Avtovağzalında reyd keçirilib. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az İctimai TV-yə istinadən xəbər verir.
Belə ki, Avtovağzal qarşısında və digər ərazilərdə Bakıdan Sumqayıta qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib, onlar barəsində tədbirlər görülüb. Daha sonra sürücülərlə profilaktik söhbətlər aparılıb.
Mütəmadi monitorinqlərin bundan sonra da davam edəcəyi bildirilir.