Dünyaca məşhur bəstəkar Lyudoviko Eynaudi Bakıya gəlir. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.

Dünya klassikası tarixində yer almış italiyalı bəstəkarın musiqiləri “1+1” və “Ata” kimi bir çox məşhur filmlərdə səsləndirilib. Musiqiçinin 15-dən çox studiya albomu və ümumilikdə 40-dan çox musiqi buraxılışı mövcuddur. Bir çox musiqilərinin müxtəlif ölkələrdə qızıl və platin statusu var.

Konsert 2 oktyabr 2023-cü il saat 20:00-da Heydər Əliyev Sarayında baş tutacaq. Biletlər 70-450 AZN arası dəyişir.