Bakıda məhkumun evindən silah tapılıb. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
6 il 6 ay müdəttinə azadlıqdan məhrum olan Vüqar Qulievin Maştağa qəsəbəsində yerləşən bağ evində torpağa basdırılmış 1 ədəd lüləsi kəsilmiş tüfəng və ona aid 4 ədəd patron aşkar edilib.
Faktla bağlı araşdırmaya başlanılıb.