Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında magistr qəbulu başlayıb. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.

Ölkənin rusdilli tələbələrinin 2023/2024 tədris ili üçün MDU-ya qəbuluna start verilir. Ərizəni 22 may – 23 iyun tarixləri arası göndərmək mümkündür. Bunun üçün msu.az və ya dim.gov.az saytlarına müraciət etmək mümkündür.

Tədris proqramı və qəbul qaydaları haqda ətraflı məlumatı buradan almaq olar. Daha ətraflı məlumat üçün [email protected] elektron ünvanına yazmaq və ya (+994 12) 593 93 19 və (+994 10) 215 75 15 nömrələri ilə əlaqə saxlamaq mümkündür.