Rəşad Dağlının məhkəməsinin növbəti iclası keçirilib. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Keçirilən iclasda meyxanaçının qardaşı şahid kimi danışıb. O, Rəşad Dağlının meneceri kimi fəaliyyət göstərirdi.

“Bir neçə dəfə İsgəndər mənə zəng vurdu ki, Rəşadla vacib görüşməlidir. Mən Rəşada dedim, o da söylədi ki, fikir vermə. Daha sonra onun telefonlarına cavab vermədim. Hadisədən 2 gün öncə İsgəndər yenə zəng vurdu, açmadım. Mesaj yazdı ki, təcili Rəşadla görüşməliyəm, sonra gec olacaq. Mən də bu barədə Rəşada məlumat verdim. Sonra İsgəndər mənim nömrəmi bloka atdı”, – deyə Ağamalı Əmirov bildirib.

Şahidin sözlərinə görə, gecə saat 04:00 radələrində Rəşad onu küçəyə çağırıb, daha sonra evdən gödəkçəni gətirməyini istəyib, geri döndükdə isə o artıq getmiş olub.

“Haradasa 1 saat sonra Rəşad zəng vurub məni çağırdı. Gəldim ki, Rəşad şok vəziyyətdədir. Dedi ki, İsgəndəri öldürdüm, məni polisə təslim et. Soruşdum: “Niyə öldürdün?” Dedi: “Heç nə bilmirəm, bir də baxdım ki, İsgəndər qan içindədir”, – deyə o əlavə edib.

Növbəti iclas 9 iyun tarixində keçiriləcək.