Bakının Sabunçu rayonunda ötən gün axşam saatlarında ev yanıb. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Ümumi sahəsi 110 kv.m olan kürsülü birmərtəbəli, 3 otaqlı evin 76 kv.m sahədə yanar konstruksiyaları yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.