Mart ayında silahlı hücuma məruz qalan millət vəkili Fazil Mustafanın səhhəti məlum olub. Bu haqda bu gün, 19 may tarixində o, öz Facebook səhifəsində paylaşım edib.

Verilən məlumata görə, onun qolundakı sarğı açılıb.

Martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafa paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında avtomobildən düşən zaman güllələnib.

Hücumda şübhəli bilinən şəxslər tutulublar. DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat nəticəsində paytaxtın Qaradağ rayonunda 4 nəfər saxlanılıb. Polisin atəş açması ilə bağlı məlumat yayılıb.

Belə ki, terrorda şübhəli bilinib DTX tərəfindən saxlanılanlardan biri Həsən Hüseynovdur. O, İrandan deputatı ölümlə hədələyən Hüseyn Hüseynovun qardaşıdır.