Abşeron rayonu, Xırdalan şəhərində evdən 8000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Polisə daxil olan məlumata görə, Xırdalan şəhərindəki evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini Məhəmməd Cəfərov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Həmçinin daha öncə məlum olub ki, Binə qəsəbəsi, Atçılıq massivindəki evdən pul və 4700 manat dəyərində qızıl-zinət əşyaları, Buzovna qəsəbəsindəki digər bir evdən isə 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.