Bakının Xəzər rayonunda evlərdən 8700 manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, Binə qəsəbəsi, Atçılıq massivindəki evdən pul və 4700 manat dəyərində qızıl-zinət əşyaları, Buzovna qəsəbəsindəki digər bir evdən isə 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kamran Manaflı saxlanılıb. Araşdırma davam edir.